Siyasət

F.Oland Ermənistan Prezidentini Fransaya dəvət etdi. DQ məsələsi də müzakirə olunacaq

“2017-ci ildə Ermənistan-Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyidir. Mən Prezident Sarkisyanı Parisə rəsmi səfərə dəvət etdim”. “Nouvelles d’Armenie”-nin verdiyi məlumata görə, bu haqda Fransa Prezidenti Fransua Oland Ermənistan-Fransa əlaqələrinə toxunurkən bildirib.

“Bu, iqtisadi, mədəni əlaqələrinə, o cümlədən universitetlərin əməkdaşlığına toxunmaq üçün yaxşı imkan verəcək. Eyni zamanda, Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik, ki Fransanın bu məsələdə xüsusi məsuliyyəti vardır. Bu münaqişənin nizamlanması vacib məsələdir”,-deyə Fransa Prezidenti vurğulayıb.

Oland Fransadakı erməni icmanın roluna da əhəmiyyət verib. “Biz burada Fransanın ən yaxşı qismi haqqında danışırıq, çünki siz Fransanın ən yaxşı qismi olmuşsunuz. Mən həmişə də yanınızda olacağam. Eyni məsuliyyətim olmayacaq amma eyni əqidələrimə sadiq qalıram”,-deyə Olan yekunləşdi.

Daha çox göstər
Back to top button