Başlıcaİctimaiyyət

Tsinker: “Lapşin məsələsində alver gedir,Azərbaycan dividentlər qazanmağa can atır”

İsrail parlamentinin keçmiş deputatı, İsrail-Ermənistan parlament dostluq qrupunun təssçisi Aleksandr Tsinkerin fikrincə bu günlərdə Belorus tərəfindən Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşin Sovetdən sonrakı ərazilərdə dövlətlərarası oyunların qurbanıdır.

Bu haqda “Armenpres” ilə söhbətində Knesetin keçmiş deputatı bildirib.

O, vurğuladı ki, İsrail öz azərbaycanlı həmkarlarına bu vəziyyətin düyün açılışı üçün müxtəlif variantlar təklif edib, öz vətəndaşı azadlığa buraxılmayınca rahatlanmayacaq.

“Məndə olan məlumatlara görə şərtləşmə var ki, Lapşin Azərbaycan məhbəsində qalmayacaqdır.

Oxşar olayın sivilizasiya aləmində baş verəcəyini sadəcə olaraq təsəvvür etmək kifayət qədər çətindir. Çox güman ki, hazırda alver gedir.

Azərbaycan Lapşinin müqabilində nəsə dividentlər qazanmağa can atır.

Konflikt həll olunacaqdır, lakin keçmiş sovet ölkələri arasında. Həmçinin İsrail ilə olan münasibətlərdə irəli gələn boşluqlar ən yaxşı halda gərək yenidən tamamlansın.

Qeyd edək ki, onlar daha da dərinləşə bilər”- deyərək o yekunlaşdırdı.

Daha çox göstər
Back to top button