Eurasianet: Azərbaycan Lapşinin ekstradisiyasını şouya çevirdi
Belarusdan Azərbaycana ekstradisiya edildikdən sonra hücuma məruz qalan Aleksandr Lapşini Azərbaycan jurnalistlərinə göstərdilər.
Bu haqda eurasianet.org saytında Qeorgi Lomsadze yazır.
Müəllifin sözlərinə görə, Azərbaycan uzun zamandır ki, Qarabağı beynəlxalq təcrid yolu ilə Bakı hakimiyyətinin altına almağa çalışır. Bu məqsədilə də Qarabağa gedən türistlər qara siyahısına daxil olunurlar. Lakin ilk dəfədir ki, Azərbaycan xarici vətəndaşın Bakıya ekstradisiya edilməsini bacardı.
Analitik düşünür ki, 40 yaşlı bloqqer dünya siyasətinin qurbanı oldu. “Lukaşenko Rusiyaya qarşı düşmən siyasəti yürüdür və Azərbaycanı rus enerji təchizatının alternativi olaraq görür. Bax, bu hallar da Lapşin üçün uğursuz oldular.”
Lomsadzenin fikrincə, silah və enerji resurslarının tədarükü məsələsində İsrail Azərbaycanın önəmli müttəfiqidir. Bu da Lapşinin ən böyük ümididir. “Keçən həftə Lukaşenko müəmmalı şəkildə bəyan edib ki, əgər İsrail istəsə, bu adamın başından bir tük bilə düşməyəcək”,-deyə müəllif yazır.