Beynəlxalq

Rusiya səfiri: “Lapşin işinin obyektiv və ədalətli həllinə inanırıq”

Rusiya Federasiyası ümid edir ki, Belarusda saxlanılmış və Azərbaycana ekstradisiya edilmiş Lapşin işi obyektiv və ədalətli hala gətiriləcək. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “İnterfaks-Azərbaycan”a müsahibəsində bloger Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, səfirlik beynəlxalq hüquq normalarına və Azərbaycan-Rusiya razılaşmalarına uyğun olaraq Lapşin işinin obyektiv və ədalətli həllinə inanır

Doroxin deyib ki, Azərbaycan tərəfi Rusiya-Azərbaycan razılaşması üzrə öhdəliklərini yerinə yetirib.

O qeyd edib ki, səfirlik Rusiya vətəndaşının saxlanması ilə bağlı vaxtında məlumatlandırılıb: “Fevralın 9-da, yəni, demək olar ki, bizim sorğumuzun göndərilməsindən bir gün sonra konsulluq işçisi Lapşinlə görüşüb. Gördük ki, həmin şəxsin saxlanma şəraiti normaldır, onun şikayəti yoxdur, vəkil müdafiəsi ilə təmin olunub.”

Xatırlataq ki, Aleksandr Lapşin çərşənbə axşamı Minskdən Bakıya ekstradisiya edilmişdi.

Daha çox göstər
Back to top button