Beynəlxalq

Şarmazanov: ”Dostluq haqqında ermənilər və belarusların fikirləri çox fərqlidir”

Dostluq haqqında ermənilər və belarusların fikirləri çox fərqlidir. Bu haqda  NEWS.am-a müsahibəsində  Ermənistan Parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi , ermən-belarus parlamentlərarası dostluq qrupunun həmsədri Eduard Şarmazanov Aleksandr Lapşinin ekstradisiyiasyla bağlı Belarus  XİN-nin sözçüsü Dmitri Mironçikin bəyanatına toxunaraq bildirdi.

“Dostluq haqqında bizim və onların fikirləri çox fərqlidir. Əgər dost ölkə belə davranırsa, o deməkdir ki, dostluq haqqında bizim fərqli fikirlərimiz var.

İlk növbədə bu Rusiya-Belarus münasibətləri ilə əlaqədardır, çünki Lapşin Rusiya Federasiyasının vətəndaşıdır. Bu ilk növbədə Rusiyaya qarşı, sülh yolu ilə nizamlanmaya qarşı və sonra Ermənistana qarşı qaranlıq işdir”- deyə Şarmazanov qeyd etdi.

 

Daha çox göstər
Back to top button