Təhlil

Cəmil Həsənli։ “Dostlar! Ölkənin tanınmış blogeri Mehman Hüseynovun…”

Dostlar! Ölkənin tanınmış blogeri Mehman Hüseynovun DİN Nəsimi rayon polis idarəsi tərəfindən məhkəməyə verilməsi rüsvayçı bir hadisədər. Ən maraqlısı isə odur ki, Nəsimi rayon polis idarəsi Mehman Hüseynovu idarəyə böhtan atmaqda suçlayır. Bu məqsədlə Bakı şəhər Suraxanı rayonunda artıq məhkəmə baxışı da başlayıb. Polis 3-4 ildir Mehmanın şəxsiyyətini təsdiq edən sənədləri alıb sahibinə qaytarmır, yanvar ayında həbs edilmiş Mehman Hüseynova polis orqanlarında işgəncə verib, bunun məsuliyyətini daşıyan yoxdur.
Amma bədənində xəsarət izlərin əyani şəkildə mətbuatda, sosial şəbəkələrdə nümayiş etdirmiş Mehman Hüseynov guya heç bir xəsarət almadığı halda bütün bunları nümayiş etdirməklə polisə böhtan atıb. Əlbəttə, bunlar hamısı bəhanədir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakimiyyət korrupsiya faktları ilə bağlı Mehmanın nümayiş etdirdiyi çəkilişlərə dözə bilmədi. İndi bütün vasitələrlə onu cəmiyyətdən təcrid etmək, saxta ittihamlarla həbs etmək istəyirlər. Amma unudurlar ki, böhtanla, yalançı məhkəmələrlə onu qorxutmaq, çəkindirmək mümkün olmayacaq. Mehman elə bir “Sancaq”dır ki, korrupsiya lövhəsini bütün korrupsionelərin yaxasından asacaq!
Cəmil Həsənli
Daha çox göstər
Back to top button