Siyasət

RF-nın Ermənistandakı hərbi bazasında kəşfiyyatçıların bir aylıq təlimləri başlayıb

Fevralın 11-də Rusiya Silahlı qüvvələrinin cənubi hərbi okruqunun bütün bölmələrində, o cümlədən Ermənistandakı hərbi bazasında kəşfiyyatçıların bir aylıq təlimləri başlanıb.

Bu haqda RF Müdafiə nazirliyinin rəsmi saytı məlümat verir.

Ermənistandakı hrəbi bazasından başqa Krımdakı, Şimali Osetiyadakı, Abxaziyadakı, Rostov və Volqoqrad rayonlarındakı və Qaraçay-Çərkəzdəki bölmələrdə də təlimlər keçiriləcək.

Təlimlərdə təxminən 2000 kəşfiyyatçılar, 200 növlü hərbi texnika, o cümlədən zirehli maşınlar, BMP-3 adlı  piyadanın doyuş maşınları, rabitə vasitələri daxil olunub.

Şərti rəqibin şəxsi heyətinin və hərbi texnikasının aşkar edilməsi üçün SBR-9 Fara adlı radiolokasiya stansiyasından istifadə edəcəklər.

 

Daha çox göstər
Back to top button