Beynəlxalq

Əli Kərimli: “ Azərbaycan hakimiyyəti rəsmilərini qorur və onların cinayətlərini ifşia edən fəallarını həbs edir”

Azərbaycan  hakimiyyəti   jurnalist Xadicə İsmayılovanın Avropa Parlamenti məhkəməsində iştirakının qarşısını almağa çalışdı.

Lakin  Azərbaycan hakimiyyətinin  cəhdləri nəticəsiz qalıb. Bu haqda Korrupsiya və mütəşəkkil cinayətkarlıq öyrənilməsi üzrə mərkəzinin internet saytından məlumat verilib.

Belə ki,  Xədicə İsmayiılova OCCRP-a müsahibəsində  qeyd etdi ki,  Azərbaycan hökumətinin hərəkətləri sübut etdi ki, onun nitqi həqiqətən əhəmiyyətli idi. Öz növbəsində, Avropa Parlamentinin deputatı qeyd etdi ki, İsmayılovanın təcrübəsi  Əliyev rejiminin necə təzyiqedici olduğunu bir daha sübut etdi.

2016-ci ildə Azərbaycan hakimiyyəti tərəfindən 17 hüquq müdafiəçsi, jurnalist və o cümlədən siyasi fəalların azad edilməsində Avropa Parlamenti ümid etdi ki, bu vətəndaş cəmiyyəti üzərində  olan sıx nəzaratinin yüngülləşdirilməsi  üçün  başlanğıc olacaq. Lakin biz gördük ki, repressiyalar daha da gücləndirilmişdir”- deyə Piri qeyd etdi.

Öz növbəsində, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Azadlıq” qəzetinə müsahibəsində bloger Mehman Hüseynovun təqibi üçün  Azərbaycan hakimiyyətini sərt şəkildə qınadı.

Kərimlinin sözlərinə görə, Azərbaycan rəsmiləri Hüseynovu  peşəkar fəaliyyəti üçün cəzalandırmaq istəyiblər.

“Azərbaycan blogerə qarşı cinayət işinə başlayıb.Azərbaycan hökuməti  korrupsiyalarla məşğul olan rəsimləri müdafiə edir və onları ifşa edənlərisə cəzalandırır”- deyə Kərimli vurğuladı.

Eyni zamanda “Turan”-ın bildirdiyinə görə,  jurnalist Rasim Əliyevin qətli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə  şikayət  göndərilib.

Daha çox göstər
Back to top button