Beynəlxalq

Avropa məhkəməsi Azərbaycanla bağlı daha iki üzrə kommunikasiyaya başlayıb

Azərbaycanla bağlı daha 2 iş üzrə kommunikasiyaya başlayıb. Bu barədə Turan-a vəkil Fariz Namazlı məlumat verib.

Bu işlərdən biri QHT-lərin qeydiyyata alınmaması ilə bağlıdır. “Bu şəxslər Elçin Məmməd (Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi), Günel və Rəşid Bəşirli (Kəndli Qadınların İnkişaf Mərkəzi), Mustafa Axundov, Sevinc Məcidova (Sosial Təşəbbüslər və İnsan Hüquqları) Şükür İzzət və Ali Bəşirlinin (Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi) yaratdıqları təşkilatlardır”,-vəkil qeyd edib.

Vəkilin bildirdiyinə görə, AİHM konvensiyanın 11-ci maddəsinin (birləşmək azadlığı), 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və əksər işlərdə konvensiyanın 34-cü maddəsinin (hüquq pozuntusu) pozuntusunun baş verib-vermədiyini müəyyən edəcək.

İkinci işdə isə 6 gəncin hüquqlarının pozulmasından söhbət gedir.

2014-cü il avqustun 12-də Şəki rayonunda Vüqar Rzayev və daha 5 nəfər cərimə, inzibati həbs cəzası ilə üzləşiblər. Bu gənclər hüquq müdafiəçisi Rəsul Cəfərovun 2014-cü il avqustun 2-də həbs olunması ilə bağlı etiraz aksiyası keçiriblər.

“Konvensiyanın 10 (ifadə azadlığı), 11 (sərbəst toplaşmaq azadlığı), bəzilərində 6.1 və 6.3 (özünün seçdiyi müdafiəçinin köməyindən istifadə etmək hüququ) maddələrinin pozuntusunun baş verib-vermədiyi araşdırılır”, – vəkil qeyd edib.

Ötən həftə isə AİHM mülkiyyət hüququnun pozulması ilə bağlı Azərbaycandan göndərilən daha 4 işlə əlaqədar kommunikasiyaya başlayıb.

Bu ilin yanvarında AİHM 2016-ci ilin yekunları ilə bağlı hesabat yayıb. Sənəddə bildirilib ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

AİHM 2016-cı ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 16 qərar qəbul edib. Hesabatda həmin qərarların hamısında hüquq pozuntusunun tanındığı qeyd olunur

Daha çox göstər
Back to top button