Təhlil

Türk siyasətçiləri Lapşinə qarşı Azərbaycanın siyasətini pisləyiblər

Türkiyə Məclisinin sabiq deputatı, Yaşıllar və solcular partiyasının təsisçi üzvü Ufuq Urus və hüquq müdafiəçisi Şanar Yurdatapa Azərbaycanı bloqqer Aleksandr Lapşini azad buraxmağa çağırdılar.

Bu haqda “T24.com.tr”-nın köşə yazarı Raffi Hermon Araks yazır.

Urus qeyd edir ki, Lapşin dərhal azad olunmalıdır. “Jurnalistika heç bir sərhədləri və milləti tanımır. Jurnalistika ictimai fəaliyyətdir. Jurnalsitlər əsir düşməzlər və bazarlıq mövzusu olmazlar.”,-deyə Urus bildirib.

Hüquq müdafiəçisi Şanar Yurdatapa Azərbaycan hakimiyyətinin siyasətini qınadı. “Dünyanın bir çox ölkələrində rəhbərlik öz hakimiyyətini qorumaq üçün “polis dövləti” yaradır. Təəssüf ki, Azərbaycan da belə dövlətlərin sayısındadır. Lakin biz də artıq elə vəziyyətdəyik ki, onlara bir şey deyə bilmirik, çünki Türkiyədəki vəziyyət çox fərqli deyil. Hem Ankarada, hem Bakıda və hem də başqa ölkələrdə insan hüquqlarının pozulmasını hamımız tərəfindən pisləməlidir.”,-deyə o qeyd etdi. Hüquq müdafiəçisi Lapşin ilə baş verənləri qəbulədilməz hesab edərək vurğulayıb ki, qərəzsiz və dəqiq xəbərlərin yazılması hər hansı bir jurnalistin öhdəliyi və hüququdur.

Daha çox göstər
Back to top button