Beynəlxalq

Azərbaycandan Ermənistan Respublikasına gələn Şahin Mirzəyev:”Talışları zorla ön xəttə göndəriblər”

Jurnalistlərə müsahibəsində Ermənistanda  sığınacaq almış  Talış bloqer, Talış Azadlıq hərəkatının iştirakçısı Şahin Mirzoyev qeyd etdi ki, Azərbaycan ordusunun ön xəttində əsasən etnik azlıqların nümayəndələri xidmət edirlər. Onlar xidmət edən əsgərlərin 70-80 faizini təşkil edirlər.

“Ön xətdə talışlar xidmət edir. Onları zorla ön xəttə göndəriblər. Həlak olanların  adlarından görə bilərsiniz ki, onlar əsasən talış, tat , udilərdir”- deyə Şahin Mirzəyev qeyd etdi.

Onun bildirdiyinə görə, Azərbaycan ordusunda “özlərini türk hesab edənlər”  20-30 faizi təşkil edirlər.

“Lakin onlar ön xətdə deyillər, onlar aşpazlardır və  anbarlarda xidmət edirlər”- deyə Şahin Mirzəyev vurğuladı.

Əgər zorla orduya gedirlərsə, xidmətdən imtina edə bilməzlərmi?- suala cavap olaraq Şahin Mirzəyev qeyd etdi ki, bu birbaşa onların öz həyatları  və ailələrinin həyatları  üçün təhlükəli  olacaq.

“Ən azı onlar həbs ediləcəklər və bundan başqa onların ailələri də zərər çəkəcək. Mən indi Ermənistandayam,   lakin 92 yaşlı atam ordadır və o məndən imtina etmək  məcburiyyətində qaldı. Bəlkə o, baş verənləri anlamır, lakin o məndən istər-istəməz  imtina etmək məcburiyyətində qaldı”- deyərək Şahin Mirzəyev açıqladı.

O, qeyd etdi ki, Ermənistanda öz ailəsiylə birlikdə çox yaxşı hiss edir.

“Ailəm burada özünü çox yaxşı hiss edir. Axşam gəldik, sonra  ertəsi günü həyat yoldaşım xəstəxanaya aparıldı, çünki onun onkoloji xəstəliyi var. İndi həkim nəzərəti altındadır”- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button