Ekonomika

Ermənistan və İran nanotexnologiyalar sahəsində əməkdaşlıq edəcək

Ermənistan və İran nanotexnologiyalar sahəsində iki tərəfli əməkdaşlıq barədə memorandumu öncə imzalayıb.

Yaxın zamanlarda memorandum ER İqtisadi inkişaf və investisiyalar naziri və İran nanotexnologiya təşəbbüsləri üzrə şura sədri imzalacaqlar.

İqtisadi inkişaflar və investisiya nazirliyindən bəyan edirlər ki, memorandumun imzalanmasından sonra konkret müddətlə və gözlənilən nəticələrlə əməliyyatlar planı yaradılacaq.

Əməkdaşlıq barədə razılaşma ER İqtisadi inkişaf və investisiyaları nazirinin müavini Emil Tarasyanın başçılıq etdiyi nümayəndə heyətinin İrana  səfəri ərzində əldə edilib.

Nümayəndə heyəti İran nanotxnologiyalar təşəbbüsləri şurasının dəvətilə İrana gedib.

Səfərin əsas məqsədi İrandakı nanotexnologiyalar sahəsinin qurumlarını, bunların araşdırma və istehsal fəaliyyətini yoxlamaq, nanotexnologiyalar sahəsində əməkdaşlığın imkanlarını araşdırmaqdır.

 

Daha çox göstər
Back to top button