Siyasət
RF Lapşinin hüquqlarının müdafiə edilməsi üçün əlindən gələn hər şey edir

Rusiya Belarus tərəfindən Azərbaycana ekstradisiya edilmiş bloqer Aleksandr Lapşinin hüquqlarının müdafiə edilməsi üçün əlindən gələn hər şey edir. Bu haqda fevralın 15-də jurnalistlər ilə müsahibəsində RF Xarici işlər nazirinin rəsmi nümayəndəsi Maria Zaxarova deyib.
“Azərbaycandakı Rusiya səfirliyi bu ölkənin hüquq müdafiəçi orqanları, baş prokurorluğu və Daxili işlər nazirliyi ilə daimi olaraq əlaqə saxlayır. Biz vətəndaşımızın hüqularının müdafiəsi üçün əlimizdən gələn hər şey edirik. Bu məsələ həmişə diqqətimizin mərkəzindədir”,- deyərək Zaxarova bəyan edib.