Təhlil

Rusyalı jurnalist: Stepanakertin mühasirəsi haqqında bilmək və xatırlamaq lazım

Qarabağ müharibəsi zamanı Stepanakertin mühasirəsi haqqında bilmək və xatırlamaq lazım.

Yerevanda keçirilən “Stepanakertin mühasirədən çıxması. 25 il sonra” adlı konfransında bu haqda rusiyalı jurnalist, Qarabağ müharibəsi ilə bağlı bir neçə sənədli filmlərin müəllifi Svetlana Kulçitskaya bildirib.

“Hər gün xatırlayıram bunu. 25 il əvvəl elə bir qar yağırdı. Qarabağa yanacaq dolu vertalyotla getdim. Vertalyoty atəşə tutdular. Yaxşı ki, vertalyota güllə toxunmadı”.

Stepanakertdə o, Dağlıq Qarabağ əhalisi ilə zirzəmidə qalırdı. “Qida ilə problemləri var idi. Zirzəmidə uşaqlar və qadınlar da vardı. Su kızaklarla gətirilirdi. Doğum evini xatırlayıram. Onu sonra bombardman etdilər. Ora bir qadın vardı. O, Sumqayıtdan qaçmışdı”,-deyə o anlatdı.

Rusiyalı jurnalist bir neçə ildə üç dəfə Dağlıq Qarabağa getdi. “O zamanlarda mən aclığın nə olduğunu yaxşı anlayırdım. İnsanları bu cür hallarda buraxmaq üçün nə qədər aşağı olmalıdırlar. Mənim qohumlarım da Leninqradın mühasirəsini görmüşlər. Qarabağda insanlarla görüşlərim yara kimi qaldılar. Bu qədər il keçdi, lakin mən həmişə də bütün bunları xatırlayacağam. Bilirsiniz ki, aclıq nədir?. İnsanlar suyu 10-12 mərtəbəyə daşıyırdılar. Bu haqda danışmaq və xatırlamaq lazım. Müharibəni dayandırmalıyıq. Müharibə dəhşətli bir şeydir.”,-deyə Svetlana Kulçitskaya yekunlaşdırdı.

Daha çox göstər
Back to top button