
Azərbaycanın əməliyyatları sübut edir ki, Dağlıq Qarabağ Respublikasının beynləxalq tanınmasına alternativ yoxdur. “Stepanakert mühasirəsinin yarılması: 25 il sonra” rəmziylə beynəlxalq seminar ərzində jurnalistlər ilə müsahibəsində bu haqda ER Xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.
“Qarabağ münaqişəsinin həll edilməsi məsələsi ilə danışıqlar prosesi Azərbaycan üçün yalnız imitasiyadır”,- deyərək o, əlavə edib.
Ş. Koçaryanın sözlərinə görə, bir tərəf, hər hansı kompromisə hazır olamayaraq üstəlik Qarabağ məsələsini buraxaraq, aydın şəkildə ER əraziləri ilə bağlı iddiaları təsdiq edirsə bu, artıq gülünçdür.
Bu vəziyyət göstərir ki, danışıqlar prosesi üç həmsədrlərin missiyalarından birinin icra edilməsi üçündür. O missiyalardan biri bu kövrək atəşkəsə əməl edilməsidir və hərbi əməliyyatların yenidən başlanmasının qarşısının alınmasıdır, amma Azərbaycanın yanaşmalarını hesaba alaraq bu, şübhə altındadır.
O, qeyd edib ki, aprel olayları göstərib ki, Azərbaycan hər şeyə, hər hansı macəraya hazırdır.
“Məncə Azərbaycan yenidən bu cür şeyləri təşəbbüs etsə, bu dəfə nəticələr özü üçün daha ağır olacaq”,- deyərək ER Xarici işlər nazirinin müavini vurğulayıb.