İctimaiyyət

Əliyev rejimi Azərbaycanda prezident seçkilərinə əsas vəzifələrdə öz adamlarını təyin edərək hazırlayır

Azərbaycan prezidenti İlham Əliyevin təlimatıyla ölkədə Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyi yaradılıb. Bu şəkildə prezident Nəqliyyat naziri Zia Məmədovu vəzifəsindən çıxarıb.

Bu haqda Azadlıq radyosunun saytı yazır.

Politoloq Azer Qasımlı bu olaya toxunaraq deyib ki, Məmədovun prezident Trump ilə əlaqələrinin olması, oğlunun Trump ilə biznes əlaqələrində olması barədə məlümatlar həqiqətə uyğun deyil.

“Tədricən Zia Məmədovun səlahiyyətlərinin və biznesinin məhdudlaşdırılması faktdır. Bunu hesaba alaraq çoxu nazirin vəzifəsindən çıxarılmasını daha əvvəl gözləyirdi.  Bu olay məncə ölkədəki sosial-iqtisadi vəziyyət ilə bağlıdır.

Dövlət büdcəsinin azaldılması ilə hakimiyyətdən qaçan qüvvələri çoxalır və hakimiyyət çürümüş ünsürlərini məhv etməyə cəhd edir.

İndiki olaylar bu proses ilə bağlıdır. Zəif siyasi və iqtisadi dəstəyi olan ünsürlər elitadan uzaq qalacaq. Zia Məmədov bu elitadan çoxdan uzaqlaşdırılıb.  Yalnız indi bu rəsmi olaraq olub”,- deyərək politoloq qeyd edib.

Onun sözlərinə görə, yalnız Məmmədov deyil, yaxın zamanlarda başqa vəzifəlilər də işdən çıxarılacaq.

“Bu reformlar prosesi deyildir, arzuolunmaz insanların aradan qaldırılmasıdır. Pul azaldıqca insanların azaldılması da lazımdır. Zia Məmədovun yerinə başqası yalnız texniki olaraq əmrlərini icra edən və prezident ilə bağlı vəzifəli təyin ediləcək. Amma onun monopolia yaratmağa, təşəbbüslərlə çıxış etməyə imkanı olmayacaq”,- deyərək Qasımlı qeyd edib.

 

 

 

Daha çox göstər
Back to top button