Ekonomika

Ermənistan-Rusiya investisiya fondu üçüncü bazarlara birgə məhsullar ixracatının artmasını təmin edəcək

Ermənistan-Rusiya fondunun yaradılması Ermənistan-Rusiya arasında birgə layihələrin həyata keçirilməsinə, Ermənistandan RF-ya malların ixracına və o cümlədən birgə layihələrin həyata keçirilməsi ilə üçüncü ölkələrə ixrac edilən malların artmasına töhvə verəcək.

Bu haqda “Armenpress”-ə müsahibədə ER İqtisadi İnkişaf və İnvestisiya nazirinin müavini Hovhannes Aziziyan bildirib. Onun sözlərinə görə, ER Baş naziri RF-na rəsmi səfərində olduğu zaman erməni tərəfindən təklif edilib, sonra isə, bu barədə müzakirələr aparılıb. Sonra da ümumi konsensusa çatdılar.

“Ermənistan-Rusiya investisiya fondunun əsas istiqamətləri integrasiya layihələrin həyata keçirilməsidir. Bu layihələrlə iki ölkə arasında sənaye kooperativlərin formallaşdırılmasına və biznes proqramların maliyyələşdirilməsinə imkan veriləcək. Bir tərəfdən RF-da istehsal olunan mallardan istifadə edərək Ermənistanda da mal ixrac etməyə imkan verəcək. Digər tərəfdən isə, birgə müəssisələr yaradılacaq və maliyyələşdiriləcək, ki üçüncü ölkələr bazarlarına ixracat edilsinlər.

Əsas məqsəd odur ki, iki iqtisadiyyatların birgə inkişafının təmin edilməsi və əlavə malların ixrac edilməsidir”,-deyə nazir müavini bildirib.

Daha çox göstər
Back to top button