Ekonomika

İranın “Sadert” bankı İran-Ermənistan 3-cü elektrik veriliş xəttinin tikintisinə 83 milyon avro verib

İranın “İxracat və İnkişaf Bankı” (Sadert) İran-Ermənistan elektrik veriliş 3-cü xəttinin tikintisini maliyyələşdirir. Bu haqda İran “İRİB” xəbər agentliyi yazır.

İran mənbəsinə görə, İran və Ermənistan ilə həyata keçirilən “elektrik enerjisi üşün qaz layihəsi” çərçivəsində inşaat edilən elektrik verilişin 3-cü xəttinin tikilməsinə 107 milyon avro verilməsi nəzərdə tutulur, bundan 83 milyon avrosu isə, İranın “İxracat və İnkişaf Bankı” verəcək.

Qeyd edək ki, İran-Ermənistan 400  kilovoltlıq hava xəttinin Ermənistanda inşaat edilən hissəsinin uzunluğu 279 kilometrdir. Layihənin məqsədi Ermənistan və Gürcüstan energetika sistemlərinin birləşdirilməsidir.

Qeyd edilən infrastrukturların inkişafı Ermənistanla tranzit daşımaları ilə enerji resurslarının şimal-cənub (Rusiya, Ermənistan, Gürcüstan, İran) mübadiləsini təmin etmək üçündür.

İran-Ermənistan 400 kilovatlıq 3-cü elektrik veriliş xətti və müvafiq yarımstansiyasının tikintisi 24 ayda bitiriləcək.

Daha çox göstər
Back to top button