Siyasət

Yunanıstanın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır

Yunanıstanın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Bu haqda Apa agentliyinə müsahibəsində Yunanistanın Azərbaycandakı  səfiri Dimitrios Tsounqas deyib.

“Yunanıstan Minsk qrupunun beynəlxalq hüquq çərçivəsində münaqişənin həlli ilə bağlı həyata keçirdiyi və keçirəcəyi səyləri dəstəkləyir. Ötən cümə günü Gənc Azərbaycan Diplomatları Birliyində çıxışım zamanı Dağlıq Qarabağla bağlı suala cavabım açıq-aydın uğursuz tərcüməyə görə tam əks olunmayıb. Belə ki, sualı cavablandırarkən mən Yunanıstanın beynəlxalq hüquq çərçivəsində məsələnin həlli ilə bağlı Minsk qrupunun həmlələrini tamamilə dəstəklədiyini demişəm. Beynəlxalq hüquqa hörmət etməyin vacibliyini xüsusi vurğulayaraq Kiprdə də oxşar vəziyyətin olduğunu və bunun səbr tələb etdiyini söyləmişəm”,-deyərək səfir bəyan edib.

 

Daha çox göstər
Back to top button