Ekonomika

Ermənistan iqtisadi baxımdan «əsasən azad» ölkələr arasındadır

«Heritage» fondu dünya ölkələrinin iqtisadi azadlıq indeksini açıqlayıb. Sənəddə 186 ölkənin iqtisadi inkişafı analiz edilir.

Analiz nəticəsində mütəxəssislər azad ölkələrdə yaşamağın üstünlüklərini ortaya çıxarıb, iqtisadi azad cəmiyyətlərdə adambaşına gəlirlərin qat-qat yüksək olduğunu müəyyən ediblər. 2017-ci ilin hesabatında «azad», ya da «əsasən azad» hesab edilən ölkələrdə insanların gəlirlərinin digər ölkələrə nisbətən 2-3 dəfə çox olduğu deyilir. «Boğulmuş» cəmiyyətlərə nisbətən «azad» ölkələrdə gəlir 5 dəfə çox olur.

Sənəd müəllifləri iqtisadi azadlığın təkcə gəlirlərə deyil, həm də insanların həyat tərzinə –rifahına, sağlamlığına, təhsilinə, yeniliklərə, sosial inkişafa, dövlət idarəçiliyinə, ətraf mühitə müsbət təsir göstərdiyini deyirlər.

Azərbaycan «İqtisadi Azadlıq indeksi-2017»də 68-ci yerdədir, çünki 100 ballıq qiymətləndirmə cədvəlində 63.6 bal alıb (keçən illə müqayisədə 3.4 bal artıq). Müqayisə üçün deyək ki, Qafqazdakı qonşulardan Gürcüstan 13-cü (76 bal), Ermənistan 33-cü (70.3 bal) yerdədir. Türkiyə 60-cı (65.2 bal), Rusiya 114 (57.1 bal), İran 155-ci (50.5 bal) yeri tutub.

Bölgədə Azərbaycan, eləcə də Türkiyə «nisbətən azad», Gürcüstan və Ermənistan isə «əsasən azad» ölkələr arasındadır. Keçmiş ilin nəticələrinə görə, mövqeyimiz 21 xalla irəli getdi və bu yaxşı bir nəticədir.

Avropa qrupunda cəlb edilmiş 45 ölkə siyahısında Ermənistan 19-cü yerdədir. Eyni zamanda MDB ölkələri arasında da lider mövqeyini saxlanmaqdadır.

İqtisadi azadlıq indeksindəki irəliləyişi hüququn üstünlüyü ilə bağlıdır. İnvestisiya, biznes, maliyyə azadlığı ilə Ermənistan MBD ölkələr arasında lider mövqesindədir. Ermənistan azad ölkələr qrupunda daxil edilib. Həmçinin də Avropa qrupunda 45 ölkə arasında 19-cu yerdədir.

Daha çox göstər
Back to top button