NATO Müdafiə təhsil inkişafı planının ekspertiza qrupu Ermənistandadır
Fevralın 13-dən 17-i kimi Ermənistan Respublikasına dəstək vermək üçün təşkil edilmiş NATO Müdafiə təhsil inkişafı planı üzrə qrup Yerevana səfər edib. Bu qrupda NATO qərargahının, Kanadanın, Çexiyanın və Litvanın hərbi-təhsil müəssisələrinin aparıcı mütəxəssisləri daxil olunub.
ER Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlümatına görə, səfərin məqsədi ER Müdafiə nazirliyinin şəxsi heyəti, hərbi təhsil şöbəsi və hərbi-təhsil müəssisələri ilə birlikdə 2016-ci ildəki əməkdaşlıq planlarının yekunlaşdırılmasıdır və 2017-ci ilin planının və gələcək əməkdaşlığı istiqamətləri üzrə razılaşmaların əldə edilməsidir.
Səfər çərçivəsində ER Müdafiə nazirliyində müvafiq şöbələrin nümayəndələrinin və ekspertiza qruplarının üzvlərinin görüşü keçirilmiş, Ermənistana səfər etmiş ekspertlər hərbi-təhsil müəssisələrini ziyarət ediblər.
ER Müdafiə nazirliyində həyata keçirilmiş işgüzar görüş ərzində erməni tərəfi hərbi -təhsil sahəsində və hərbi-təhsil müəssisələrində icra edilmiş reformlar barədə hesabatları təsdiq edib. Təhsil planlarının yenidən baxılması, professor-müəllim şəxsi heyətinin təlimləri, müdafiə təhsilinin reformlarına yönəlmiş qənunvericilik təşəbbüsləri və yüksək hərbi təhsil barədə Bolonya prosesinin prinsipləri ilə əlaqədər məsələlər vurğulanıb.
Müçavirə qrubunun Ermənistana səfərini ER Müdafiə nazirliyində müxtəlif şöbələrin nümayəndələri ilə görüşü ərzində yekunlaşdırılıb. Görüşdə ER hərbi-təhsil müəssisələri ilə müşavirə qrupunun gələcək əməkdaşlığı barədə konkret planlar üzrə razılaşmalar əldə edilib.