Ekonomika

“Şəffaflıq Azərbaycan” Vergi Məcəlləsinə dəyişiklikdə korrupsiya təhlükəsi riski aşkarlayıb

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Vergi Məcəlləsinin torpaqların sadələşdirilmiş vergiyə cəlb edilməsi hissəsində müəyyən dəyişikliklər edilməsini zəruri sayır. Təşkilat yanvarın 1-dən qüvvəyə minən yeni tələblərdə korrupsiya təhlükəsi riski olduğu qənaətindədir.

Belə ki, dəyişikliklərə əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilib. Digər kənd təsərrüfatı torpaq sahələrinin vergi dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilib.

İB-də hesab edirlər ki, bu, yerli icra hakimiyyəti orqanına təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının sahibləri ilə «razılığa gəlmək» imkanı yaradır. Bunun aradan qaldırılması üçün torpağın keyfiyyəti və təyinatı üzrə elektronlaşdırılmış mexanizmin tətbiqi zəruri sayılır.

Bundan başqa, bir çox kəndlilər sadə səbəbdən – zəruri vəsait olmadığı üçün torpaqdan istifadə edə bilmir. Yüksək vergi isə kasıblaşma ilə nəticələnir.

Daha çox göstər
Back to top button