BaşlıcaTəhlil

ABŞ-ın Azərbaycandakı səfirindən Əliyevə aydın bir mesaj

Fevralın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta məcburi köçkün iş adamı Tofiq Cəbrayılovla görüşüb.

ABŞ səfriliyinin məlumatına görə, görüş zamanı səfir onun həyat təcrübəsindən və 25-26 fevral 1992-ci ildə Xocalıda baş verən faciəli hadisələrdən sonra irəli getmək üçün necə yol tapması haqqında Cəbrayılovla söhbət edib.

Fveralın 15-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunmuşdu, lakin ABŞ-ın Azərbaycandakı səfiri dəvəti qəbul etməmişdi.

Bunun səbəbi isə, odur ki, Bakı Cocuq Mərcanlı kəndini aprel müharibəsində əldə edilmiş bir “zəfər” kimi təqdim edir, lakin kənd həmişə də Azərbaycanın nəzarət zonasında idi. Kənd aprel müharibəsində işğal edilmiş Lələtəpə yüksəkliyinin yaxınlığındadır. Bundan sonra isə, Əliyev elə göstərir güya, qəsəbə azad ediib və qaçqınlar yenidən ora qaytarmağa başladılar.

ABŞ-ın Azərbaycandakı səfiri, o “aktı” qeyd etmə Əliyevin dəvətini rədd etdi. Bunu yerinə isə, o, məcburi köçkün iş adamı Tofiq Cəbrayılovla görüşüb. T.Cəbrayılovun kiçik mağazasını ziyarət edən səfir onun evinə də qonaq gedib. T.Cəbrayılov səfirə kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaqdan ötrü gördüyü işlərdən danışıb.

İlk baxışdan sadəcə humanitar görünən bu aksiyanın həqiqətən əhəmiyyətli bir anlamı vardır. Azərbaycan hakimiyyəti hər yerdə 1 milyon qaçqın olduğundan danışır və bu insanların əksəriyyətini bir problemin “nümayişi” kimi göstərir, ki Azərbaycandan “alınmış” o 20% qaytarılmalıdır, ki insanlar da öz evlərinə gedə bilsinlər.

Cocuq Mərcanlı kəndi Əliyev taktikasının praktik nümunəsidir. Müharibə ilə ərazinin qaytarılması hüququnu gücləndirərək buna beynəlxalq  legitimlik verməyə çalışır.

Faktiki olaraq, ABŞ öz səfirinin imtinası ilə bu legitimlikdən də imtina edir. Beynəlxalq siyasətində ABŞ rolunu nəzərə alaraq Əliyev öz “müharibə nəzəriyyəsi”-nin beynəlxalq legitimiyindən də məhrum edilir.

Bundan əlavə, səfir sadəcə Cocuq Mərcanlı “əməliyyatının” bir şahidi olmaqdan imtina etməklə deyil, Əliyevə ABŞ-ın üstünlük verdiyi yeni həyata başlayan və biznes edən qaçqının nümunəsini göstərir.

Bu nümunə ilə ABŞ Azərbaycan prezidentinə aydın bir mesaj verir, ki “müharibə hüququ” üçün 1 milyon qaçqın olmasından və insanların faciəsindən artıq istifadə etməsin.

Daha çox göstər
Back to top button