Ekonomika

Azərbaycanda neft məhsulları istehsalı azalıb

Bu ilin yanvarında 199,5 milyon manatlıq neft məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,2 faiz azdır.

Komitənin məlumatına görə, neft məhsullarından ağ neftin istehsalı 7,9 faiz, yanacaq mazutunun istehsalı 28,5 faiz, dizel yanacağının da istehsalı 17,5 faiz azalıb.

Ekspertlər Azərbaycanda neft məhsullarının istehsalının azalmasını mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, Azərbaycan əksər neft məhsullarını ilə özünü təmin etməlidir.

Azərbaycana “Premium Euro-95″ və “Super Euro-98” markalı benzin idxal olunur. Həmin benzinin də qiymətləri son vaxtlar bahalaşıb.

Daha çox göstər
Back to top button