Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün keçirilən danışıqlarda hər hansı bir dəyişmə görmürəm. Bu durumda Ermənistan və Azərbaycan arasında güc balansının saxlanması sabitliyin və sülhün təmin etməsində yeganə bir vasitədir. Bu haqda ER Prezidenti Serj Sarkisyan bu gün ER SQ-nin rəhbər heyəti ilə görüşdə bildirib.
“Rəsmi Bakı həmişə də bizi formallaşdırılmış status-kvo uzadılmasında günahlandırır. Bu isə, həqiqətə uyğun deyil. Mən hamınızı əmin etmək istəyirəm ki, biz həqiqətən bu münaqişənin həll olunmasını istəyirik, lakin reallıq budur ki, azərbaycanlılar bizim üçün qəbuledilməz çözümlər təklif edirlər və beləliklə də, münaqişə nizamlanmır. Onlar hansı çözümün reallıqa çevirə biləcəyini anlayarlarsa, o zaman da məsələ həll ediləcək. Bu səbəbilə də Azərbaycan həmişə kiçik və böyük təxribatlar aparır, ki təmas xəttindəki vəziyyət daha da gərginləşsin və beləliklə də bizi və beynəlxalq ictimaiyyəti özü haqqında xatırlatsın.”,-deyə ER Prezidenti bildirib.
Onun deməsinə görə, bu təbliğatlar boşdur və uğursuzluğa məhkumdurlar. “Bizim mövqemiz odur ki, artıq təsdiq edilmiş atəşkəs daha pis şəraitlərlə dəyişə bilməz. Biz danışıqlar aparmalıyıq və iki xalq arasında sülh yaradmaq üçün geclü təminlər qoymalıyıq.
Bəli, münaqişə tərəfləri güclü, etibarlı mexanizmlərlə yaradılmış sülh çərçivəsində danışmalıdırlar. Bu yolunun birinci doğru addımı Vyana və Sankt-Peterburqda keçmiş ildə aparılmış görüşmələrdə əldə edilən razılaşmaların həyata keçirilməsi ola bilərdi. Lakin təəssüf ki, Azərbaycan hakimiyyəti ən yüksək beynəlxalq səviyyədə öhdəlikləri aldıqdan sonra onlardan imtina etməkdən bilə utanmır.
Atəşkəsi sülha çevirməmiz lazım, lakin bu, birtərəfli güzəştlərlə əsla olmayacaq. Biz vəziyyəti aydın şəkildə qiymətləndirərək Azərbaycandan birtərəfli güzəştləri gözləmirik. Eynisini də Azərbaycan hakimiyyətindən tələb edirik, ki bu sadə faktı anlasın.
Beləliklə də biz gec balansını təmin etmək üçün hər şey edəcəyik. Biz azərbaycanla silahlanma yarışı istəmirik. Azərbaycan öz ambisiyaları ilə yarışsın.”,-deyə Serj Sarkisyan qeyd etdi.
O deyib ki, Ermənistan efektiv müdafiə aparmağa və rəqibin təcavüzlarına cavab vermə qabiliyyətini təmin etməkdə davam edəcək. “yaradılmış şəraitlərdə güclərin balansı iki xalq üçün də əvəzedilməzdir. Bu balansın əsasında sülhlə bağlı danışa bilirik. Güc balansını pozma cəhdləri yeni hərbi əməliyyatlar təhlükəsi ilə nəticələnə bilərlər.”,-deyə o vurğuladı.