BaşlıcaSiyasət

Dağlıq Qarabağ Respublikasında Konstitusiyada dəyişikliklər edilməsi üçün referandum davam edir

Dağlıq Qarabağ Respublikasında  bu gün fevralın 20-də konstitusiyada dəyişikliklər edilməsi üçün referandum keçirilir.

Seçki məntəqələri səhər 08.00-dan etibarən axşam 20.00-a qədər açıq olacaq. 11 seçki dairəsində 280 seçki məntəqəsi açılıb, bunlardan biri  Yerevandakı DQR nümayəndəliyindədir, biri isə Şuşi cəzaçəkmə müəssisəsindədir. 102 min 757 vətəndaşın Referandumda iştirak etmək hüququ var.

Konstitusiya referandumunu seçki məntəqələrində 2 min 222 komissiya üzvləri keçirəcək . Səsvermə prosesinə 30-dan artıq ölkədən 104 beynəlxalq müşahidəçi, 103 yerli müşahidəçi, həmçinin 80-dən artıq KİV nümayəndəsi müşahidə edəcək. Seçki məntəqələri saat 20.00-ə qədər açıq olacaq.

Konstitusiya dəyişikləriylə prezident sisteminə keçmək nəzərdə tutulur.  2006-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən indi DQR-da dövlət idarəetmə yarımprezident sistemidir.

Bu reformların məqsədi insan azadlıqlarının və əsas hüqularının, demokratiyanın və qanunların üstünlüyünün, hakimiyyət qolları arasında balansın möhkəmləşdirilməsi və təkmilləsdirilməsi, eyni zamanda dövlət idarəçiliyinin məhsuldarlığının yüksəldilməsidir.

Xatırladaq ki, DQR Parlamenti yanvarın 17-də Konstitusiyaya dəyişikliklər üzrə lahiyəni qəbul edib. 20 millət vəkili onun lehinə, 7-si əleyhinə səs verib, bir millət vəkilisə bitərəf qalıb.

Daha çox göstər
Back to top button