Siyasət

DQR Parlamentinin sədri Fransadan gələn müşahidəçiləri qəbul edib

Fevralın 20-də DQR Parlamentinin sədri Aşot Ğulyan Fransa Respublikasından müşahidə missiyası ilə Artsaxa gələn nümayəndələri qəbul edib. Nümayəndə heyətində sabiq deputat Jorj Kolombie, keçmiş diplomat Moris Bonna, hüquqşünas Pier dı Esperona və Desin şəhərin bələdiyyə məclis üzvü Denis Corkayef vardır.

“Bizim üçün fevralın 20-i unudulmaz bir gündür. 29 il öncə bu gün biz azadlıq bayrağı qaldırdıq və demokratiyaya ilk addımı atdık. Bütün bu zamanda fransalı dostlarımız yanımızda idilər”,-deyə Aşot Ğulyan bildirib.

Jorj Kolombie nümayəndə heyəti adından qəbul üçün təşəkkür etdi və qeyd etdi ki, artıq bir neçə seçki məntəqəsində olublar və referendum prosesindən məmnundurlar. Görüşdə ikitərəfli əməkdaşlığın prespektivləri və regional və beynəlxalq inkişafların Qarabağ münaqişəsinin nizamlanmasını necə təsirləndiyini müzakirə olunub.

Daha çox göstər
Back to top button