Kanadalı sabiq deputat Cim Karicianis beynəlxalq müşahidəçi kimi Artsax referendumunda iştirak edəcək

Azərbaycan hakimiyyətinin Artsaxa xarici diplomatların, deputatların və müşahidəçilərin səfərlərinə maneə olma səylərinə baxmayarak, Kanada parlamentinin sabiq deputatı Cim Karicianis beynəlxalq müşahidəçi olaraq Artsaxa gələcək və fevralın 20-də keçiriləcək Konstitusiya islahatları üzrə referendumda iştirak edəcək.
Bu haqda The Armenian Weekly məlumat verib. Qeyd olunan məlumata görə, Artsaxın müstəqilliyi və xalqın öz müqəddəratını təyin etmə hüququnun apologeti Karicianis Artsaxa Kanadadakı Erməni Milli Komitəsinin xahişi ilə gələcək. Karicianis 2012-ci ildə də Artsaxa gələrək DQR Prezident seçkilərində kanadalı müşahidəçilərin qrupuna rəhbərlik etmişdi.
“Səçkilər mükəmməl keçdilər və mənim üçün bu müsbət təcrübə idi”,-deyə Karicianis bildirmişdi.
“Karicianisin Artsaxa edilən səfəri bir daha da göstərir ki, gənc Respublika demokratik və tam müstəqil dövlətdiir, ki azadlıq əldə etməyə çalışır və müstəqilliyinin rəsmi tanınmasını istəyir.”,-deyə Kanadadakı Erməni Milli Komitəsinin bəyanatında yazılıb.