Siyasət

Mərkəzi Seçki Komissiyasının sədri: “Lapşin işi müşahidə qruplarının ziyarətlərinin aktivliyinə dəstək verib”

Rusiya və İsrayil vətəndaşı, bloqer Aleksandr Lapşin işi müşahidə qruplarının ziyarətlərinə mənfi şəkildə təsir göstərməyib və bəlkə, əksinə, aktivliyini təsviq edib.

“Artsaxpress”-in məlümatına görə, bu haqda bu gün DQR Konstitusiya referandumunun Mərkəzi seçki komissiyasının  mətbuat mərkəzində təşkil edilmiş mətbuat konfransında DQR Mərkəzi seçki komissiyasının sədri Srbuhi Arzumanyan bloqer ilə əlaqədar son olayların müşahidə qruplarının ziyarətlərinə təsir göstərəcəyinə toxunaraq deyib.

Arzumanyan həmçinin, qeyd edib ki, fevralın 20-də, ölkə üçün simvolik olan Artsax intibahı günündə Konstitusiya referandumu lazımi qaydada həyata keçiriləcək. “Referandum daha ədalətli, obyektiv və mütəşəkkil olmalıdır. Əminəm ki, həm seçki sisteminin məsulları, həm də DQR vətəndaşlarının çoxu bunu yaxşı bilirlər”,- deyərək Mərkəzi seçki komissiyasının sədri əlavə edib.

Daha çox göstər
Back to top button