Türkiyə Ermənistanla əlaqələrinin olmamasından regional proseslərin kənarında qalır: V. Sargsyan

Osmanlı Türkiyədə töredilmiş Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmış faktının inkarı və Ermənistana qarşı edilən quru blokadası ilə Türkiyənin açıq-aydın bir antierməni siyasəti vardır. Bu haqda ER Müdafiə naziri Vigen Sargsyan Münhendə Gənc Liderlər Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Erməni qəzetinin hörmətli redaktorunun öldürülməsi, erməni camaatın həyatına müdaxilə etməsi və İstanbulda erməni Patriarxlığı ilə bağlı məsələlərin saxtakarlığı ilə Türkiyə bütün bunlarla regiondakı mənfi hisslər və prosesləri daha da şiddetləşdirir.”,-deyə V. Sargsyan bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan ilə olan çox güclü münasibətlərə baxmayaraq, Türkiyənin Ermənistanla əlaqələr olmaması səbəbiylə Cənubi Qafqazda regional proseslərindən kənarda qaldı. “Təşəbbüsümüzlə Türkiyə bir neçə il öncə iki ölkə arasında əlaqələrin qurulması istiqamətində olan danışıqlarda cəlb edilmişdi. Danışıqlar Sürixdə təxminən 7 il öncə imzalanmış protokollarla qəbul edildilər. Lakin bundan sonra Ankara öz qərarından geri addım atdı və protokolların həyata keçirilməsini danışıqlarla həç bir əlaqəsi olmayan bəzi şərtlərlə bağladı.
Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanı birtərəfli qaydada dəstəklənməyə davam edərək Bakıya silahlar, texnologiyalar və siyasi yardım edir.”,-deyə nazir qeyd etdi.