Təhlil

Artsaxın müstəqil dövlət kimi tanınması üçün bütün şəraitləri vardır: Uruqvayın sabiq senatoru

Uruqvay-Artsax Forumun üzvü, sabiq senator, uruqvaylı Doktor Oskar Lopes Qoldarasena Artsax Konstitusiya layihəsinin referendumunda müşahidəçi kimi iştirak edib.

“Artsaxpress”-in müxbiri ilə sohbətində Doktor Oskar Lopes Qoldarasena Artsaxa ilk dəfə gəldiyini deyib.

“İlk öncə qeyd etmək istəyirəm ki, yüksək səviyyədə çalışan dövlət institutları olan bir ölkədəyəm və həmişə dediyim kimi indi də deyirəm ki, Artsaxda artıq öz müqəddəratını təyin etmiş bir xalq var. Artsaxın suveren, muxtar və müstəqil dövlət kimi tanınması üçün bütün şəraitləri, beynəlxalq hüququ və tələbləri vardır. Bu referendumdan çox təsirləndim. İnsanlar çox aktivdi və həç bir seçki məntəqəsində pis davranış görmədim. Mən artıq 6 seçki məntəqəsində oldum. Mən bütün həyatım boyunca insan hüquqlarının prinsiplərinə sabiq qaldım. Mən başqaların dediklərinə baxmıram. İnsanlar öz prinsiplərinə sabiq olmalıdırlar. Mən Uruqvay-Artsax Forumu üzvü olaraq Artsaxda olmaqdan qürur duyuram. Forumumuzda vətəndaş cəmiyyətinin nümayəndələri, fiziki şəxslər və Uruqvay nümayəndələri də vardır. Təşkilatın əsas məqsədi Artsax üçün sülh yolların aparmasıdır. Təşkilat 1 il öncə qurulmuşdur. Onun, Uruqvayda yaşayan 30 min ermənilər üçün əhəmiyyətli rolu var.”,-deyə sabiq senator qeyd etdi.

“Uruqvay Erməni Soyqırımını tanıyan ilk ölkədir. Umarım ki, Artsaxın müstəqilliyini tanıyan ilk ölkə də oluruq.”,-deyə Doktor Oskar Lopez Qordarasena vurğulayıb ki, Artsaxın yeni Konstitusiyası Artsax xalqı tərəfindən keçirilən bir prosesdir və bütün dövlətlər buna hörmət etməlidirlər.

Daha çox göstər
Back to top button