Beynəlxalq
AXCP-nin daha iki fəalı həbs edilib

Fevralın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Masallı rayon şöbəsinin fəalları Elvin Bəhramov və Fərasət Əhmədov evlərindən polisə aparılıb və Masall Rayon Məhkəməsi polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə onların hər birinə 30 sutka inzibati həbs verib. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
G.Bayramlı AXCP-yə qarşı ölkəboyu təzyiqlərin davam etdiyini deyib. “Hər iki fəal Facebook-da tənqidi yazılarına görə həbs olunub. AXCP-yə ölkəboyu polis hücumu davam edir”,- o vurğulayıb.
Xatırladaq ki, fevralın 20-də daha bir AXCP fəalı Amil Məmmədzadə 30 sutka inzibati həbsə məhkum edilib.
Hüquq- mühafizə orqanları bu həbslərlə bağlı hələ şərh verməyiblər