Siyasət

“Azadlıq” qəzetinin əməkdaşları kütləvi şəkildə dindirməyə çağrılır

Fevralın 18 və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Dindirilənlər İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova olub.

Dindirilən əməkdaşlar bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.

Jurnalistlər “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirova qarşı cinayət işi çərçivəsində dindiriliblər.

Eyni zamanda, həmin cinayət işi çərçivəsində “Azadlıq” qəzetinə qarşı 2010-2016-cı illəri əhatə edən vergi yoxlaması başlayıb.

Qəzetin vəkili Səməd Rəhimovun sözlərinə görə, bu yoxlama əsassızdır.

Onun sözlərinə görə, prokurorluq Əmirovun evində hansısa qəbzlər aşkar etdiyinə görə belə bir yoxlama təşəbbüsü irəli sürüb.

Amma Əmirova qarşı tamamilə fərqli ittihamlar – dini ayrı-seçkilik salmaq ittihamı irəli sürülüb.

Qəzet yoxlamanın qanunsuzluğu ilə bağlı məhkəmələrə şikayət edib, amma 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi və Apellyasiya Məhkəməsi redaksiyanın iddialarını təmin etməyib.

Vəkil həmçinin 2010-cu ildən etibarən vergi fəaliyyətinin yoxlanılmasının qanunsuz olduğunu qeyd edib. Qanuna əsasən, belə yoxlama yalnız son üç ili əhatə edə bilər.

Redaksiyanın bununla bağlı şikayətinə hazırda 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılır və növbəti iclas martın 16-da keçiriləcək.

* Əmirov 2016-cı ilin avqustunda həms edilib. Ona qarşı qarşı Cinayət Məcəlləsinin 168.1-ci (irqi, dini, milli ayrı-seçkilik)  və 283.2.2-ci (dini ayin təşkili adı altında vətəndaşların hüquqlarının pozulması) maddələrilə cinayət işi açıllıb. Əmirli həmçinin 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən “Hizmət” hərəkatı ilə əlaqədə təqsirləndirilir, bu Hərəkatın imamı kimi təqdim edilir.

Amma müstəqil müşahidəçilərin fikrincə, həbsin əsl səbəbi “Azadlıq” qəzetini və Əmirovun köməkçisi olduğu AXCP sədri Əli Kərimlini susdurmaqdır.

Daha çox göstər
Back to top button