Siyasət

Müvafiq şəraitlərin yaradılmasından sonra DQ təmas xəttindəki hadisələrin istintaq mexanizmlərini çalıştırmağa hazır olacağıq: ATƏT-in Baş katibi

ATƏT-in Baş katibi Lamberto Zanyer “TACC” xəbər agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə və Ermənistan-Azərbaycan Prezidentlərinin görüşmə prespektivinə toxunub.

Jurnalistin “DQ regionundakı vəziyyətini necə qiymətləndirə bilirsiniz?” sualına Zanyer cavab verib ki, “ATƏT təmas xəttində baş verən insidentlərdən çox narahatdır”.

ATƏT-in Baş katibi ATƏT Minsk Qrupu həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü də şərh edib.

“Biz lazımi şərait yarandığı zaman insidentlərin araşdırılması mexanizmlərini işə salmağa hazırıq. Lakin tərəfləri qərar qəbul etmək məsələsində məcbur edə bilmərik. Təəssüf ki, irəliləyiş məhduddur və mən iki liderin görüşü barədə ehtimala inanmıram. Bu aktual deyil”.

Daha çox göstər
Back to top button