Beynəlxalq

Orduxan Temurxanın qardaşı və bacısı oğlu həbs edilib

Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Temurxanın qardaşı Xanlar Teymurxan və bacısı oğlu Səbuhi Zeynalov polisin qanuni tələbinə tabe olmamaq isttihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Meydan.tv saytı blogerin qohumlarına istinadən məlumat yayıb.

Son günlər blogein ailə üzvləri polis bölməsində sorğu-sual edilib. O.Temirxan Facebook səhifəsində yazıb ki, onun bacıları, bacısı qızları da polisə bölməsinə aparılıb. Bacıları və bacısı qızları azad buraxılsa da digər qohumları həbs edilib. Bloger polis əməkdaşı ilə telefon danışığı olduğunu bildirdiyi səs yazısını da yayıb.

O. Temirxan tənqidçi bloger kimi tanınıb. Onun qohumlarının polisə aparılması blogerin Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin fevralın 18-də Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdyiyi mitinqdə iştirak etdiyi günə təsadüf edir.

Polis orqanları hələ bu məlumata münasibət bildirməyiblər.

Daha çox göstər
Back to top button