Siyasət

Uruqvay, Meksika, Braziliya, İspaniya müşahidəçiləri Parlamentə getdilər

Fevralın 20-də Artsax Respublikası Parlamentinin sədri Aşot Ğulyan Uruqvay, Meksika, Braziliya, İspaniya müşahidəçilər qrupunu qəbul etdi. Qrupda meksikalı professorlar Rodrigo Qomes Qarsiya və Karlos Antaramyan, braziliyalı professor Heitor Loreyro, uruqvaylı sabiq deputat Oskar Adolf Lopez Qoldarasena və ispaniyalı professor Antonio Dominges daxildi.

Parlamentin mətbuat xidməti tərəfindən verilən məlumata görə, Aşot Ğulyan qonaqları Artsaxa gəlməsi üçün təşəkkür edərək qeyd etdi ki, Artsax Respublikası üçün önəmli siyasi hadisədə müxtəlif ölkələri təmsil edən bu qrupun iştirakına böyük əhəmiyyət verir.

Uruqvayın sabiq senatoru, Uruqvay-Qarabağ dostluq forumun üzvü Oskar Adolf Lopez Qoldarasena dəvət üçün təşəkkür edərək qeyd etdi: “Uruqvay referendumlarda geniş təcrübəyə malikdir və deyə bilirəm ki, ölkənizdə keçirilən referendum demokratiya inkişafına doğru bir addımdır. Biz əminik ki, Artsaxda beynəlxalq tanınması üçün bütün lazımi şəraitləri vardır və biz bu prosesə dəstək verək üçün səylər göstərəcəyik.”

Sonra isə, Aşot Ğulyan müşahidəçilər qrupu üzvlərinin suallarına cavab verərək Konstitusiya layihəsi ilə nəzərdə tutulan dəyişikliklər və referendumun ilkin nəticələri haqqında danışıb.

Daha çox göstər
Back to top button