Beynəlxalq

“Amnesty International”: “Azərbaycanda hər yerdə siyasi fəallar dindirməyə çağırılır, həbs edilir”

«Amnesty International» beynəlxalq insan haqları təşkilatının fevralın 22-də açıqladığı hesabatın Azərbaycan haqda bölməsində xoş söz yoxdur.

Tacikistan və Türkmənistan kimi, Azərbaycanda da konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı vurğulanır.

Üstəlik, Azərbaycanda müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qaldığı, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olduğu, beynəlxalq qurumların müşahidəçilərinin isə ölkəyə buraxılmadığı qeyd edilir.

«Amnesty International» Azərbaycan hökumətinin siyasi fəalları müxtəlif bəhanələrlə həbsə atdığını, 12 fəal azad edilsə də, çoxlarının, o cümlədən «ReAL» siyasi hərəkatının lideri İlqar Məmmədovun bütün beynəlxalq çağırışlara baxmayaraq, içəridə qaldığını bildirir. Azad edilən fəalların – jurnalist Xədicə İsmayılovanın, hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxmasına icazə verilmədiyi, bəzilərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı xatırladılır. Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, 100-dən çox adamın –gənclərin, jurnalistlərin siyasi baxışları ucbatından barmaqlıqlar arxasına salındığını yazır.

Daha çox göstər
Back to top button