BaşlıcaTəhlil

Arqentinalı deputat: “Seçki məntəqələrində hər şey təşkil olunmuş qaydayla keçirilirdi”

Konsitusiya referendumu günü bizim getdiyimiz seçki məntəqələrində hər şey təşkil olunmuş qaydayla keçirilirdi.Verilən məlumata görə, bu haqda keçirilən mətbuat icmalı zamanı argentinalı deputat Brenda Austin bəyan edib.

“Biz getdiyimiz seçki məntəqələrində referendumda iştirak edən sakinlər və prosessdə iştirak edən vəzifəli şəxslərə dair qeydlər edirdik.

Təşkilediciliyi, səsvermə qutularının qapalı olmasını yoxlayır, həmçinin izləyirdik görək adamlar seçki məntəqəsinə gələrək öz şəxsiyyət vəsiqəsini göstərir və səsvermədə iştirak edirdilər.

Bizim getdiyimiz seçki məntəqəsində pozuntular hiss etməmişik. Diqqətəlayiqdir ki, referendum gedişatında eləcə də müxalif qüvvələrdən nümayəndələr də vardı və onlar da pozuntular hiss etməmişlər”-deyərək B.Austin bəyan edib.

Daha çox göstər
Back to top button