Təhlil

ATƏT-in formatlarına alternativ yoxdur: Lavrov

DQ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinin hazırkı formatına alternativ yoxur. Bu haqda Rusiya Xarici işlər naziri Sergey Lavrov ER Xİ naziri Edvard Nalbandyan ilə birgə mətbuat konfransında bildirib.

“Əgər biz qarşılıqlı məqbul olan həll axtarmasının zərurətinə dair prinsipial razılaşmalara hazırsaq, məncə Minsk Qrupu həmsədrlər işinin hazırkı formatına alternativ yoxdur”,-deyə Lavrov bildirib.

RF Xİ nazirinin deməsinə görə, Ermənistan və Azərbaycan prezidentləri, o cümlədən ATƏT-in bütün üzv ölkələri həmişə də üç həmsədrlərin aparıcı rolunun ləhinə idilər.

“Həmsədrlər fəaliyyətsizlikdə deyillər. Mən edilən işləri belə qiymətləndirə bilmirəm. Həmsədrlər öz üçtərəfli sənədlərinə əsasən danışıqlar prosesinin sürətləndirilməsi və intensivləşdirilməsinin ləhinə idilər. Belə sənədlərdən biri də son günlərdə Təhlükəsizlik məsələləri üzrə Münhen Konfransının çərçivəsində qəbul edilmişdi.

Bu sənədlər açıqdırlar və orada bu formatla həmsədrlərin dəstəyi ilə tərəflərin qəbul etdiyi prinsiplərə uyğun işləmə zərurətliyi haqqında qeyd olunur”,-deyə Lavrov bildirib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button