Siyasət

Dağlıq Qarabağ xalqı necə yaşadığını özü səçməlidir: Edvard Nalbandyan

Dağlıq Qarabağ xalqı necə yaşadığını və hansı bir talə istədiyini özü səçməlidir. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandian Deutsche Welle-ə müsahibəsində deyib.

2007-ci il noyabr ayında həmsədrlər tərəfindən təklif edilmiş prinsiplərə əsasən biz nu günədək danışıqlar aparırıq. Lakin hər dəfə hər hansı bir razılığa və ya aydın kompromislərə gəldiyimizdə Azərbaycan geri addım atır”,-deyə Nalbandyan qeyd etdi.

O vurğulayıb ki, Qarabağ münaqişəsi başqa münaqişələrdən fərqlidir, çünki bu mövzuda Fransa, ABŞ və Rusiyanın birgə mövqeyi vardır. “Onlar münaqişənin nizamlanması üçün ümümi yanaşmalar hazırladılar və təklif etdilər. Münaqişə tərəfləri ilk öncə Azərbaycan və Dağlıq Qarabağ, o cümlədən də Ermənistandır.  Bu yanaşmalar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya Prezidentləri tərəfindən edilmiş 5 bəyanatda qeyd edilib. Biz bəyan edirdik və bəyan edirik ki, bu əsasla məsələnin nizamlanmasına hazırıq.

Həmsədr ölkələri aydın prinsipləri təklif etdilər və ölkə rəhbərləri və xarici işlər nazirləri həmişə də qeyd etdilər ki, bu prinsipləri birgə olaraq hazırladılar və bunların ayrılması mümkün deyil. Ermənistan mövqeyindən fərgli olaraq Azərbaycan elə göstərməyə çalışır guya, bu bəyanatlar əsla olmadılar”,-deyə ER Xarici işlər naziri bildirib.

Daha çox göstər
Back to top button