Təhlil

DQ məsələsi erməni zaibiti öldürən qatili qəhrəmanlaşdıran vəhşi rejimə qarşı bir mübarizədir: BMT-da ER nümayəndəsinin çıxışı

Birləşmiş Millətlər Təşkilatında ER daimi nümayəndəsi, səfir Zohrab Mnatsakanyan öz çıxışında Dağlıq Qarabağ münaqişəsini insan hüquqları, azadlıqları və xalqların öz müqəddəratını təyin etmə uğruna bir mübarizə kimi təqdim edib.

“Bu bir mübarizədir, ki ermənilərə qarşı Bakı, Sumqayıt, Kirovabadda və Azərbaycanın digər yerlərində töredilən faciyələrə şahid olaraq Dağlıq Qarabağ xalqının öz gələcəyinə dair azad və hüquqi yollarla qərar alma tələbini cavablanıb. Bu, Azərbaycan tərəfindən edilən təcavüzlər və etnik təmizləmə şəraitlərində  özünümüdafiə etmək və fiziki yaşaması üçün bir mübarizədir. Bu, 2004-cü ildə erməni zabiti öldürən qətil Səfərovu qəhrəmanlaşdıran amansız rejimə qarşı bir mübarizədir. Bu, ermənilərə qarşı nifrət və dözülməzlik təbliğ edən rejim tərəfindən yurisdiksiyası iddialarına qarşı bir mübarizədir. Bu, həyat və ölüm, azadlıq uğruna mübarizədir”,-deyə BMT-da ER daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması. Avropadakı münaqişələr ” adlı açıq müzakirəsində bildirib.

2016-cı il aprel ayında Dağlıq Qarabağa qarşı Azərbaycanın başlatdığı təcavüza toxunaraq səfir Mnatsakanyan qeyd etdi ki, erməni tərəfi həmişə də Təhlükəsizlik Şurasına baş verən faciyələr haqqında məlumat verərək qeyd edirdi ki, beynəlxalq ictimaiyyət münaqişənin hərbi yolla həlli üçün gücün tədbiq edilməsini rədd etməlidir.

Qeyd olunurdu ki, Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaları həyata keçirərək danışıqların irəliləyişi təmin etmək məqsədilə real addımlar atmaq lazımdır.

Daha çox göstər
Back to top button