Təhlil

Qümrüdəki 102-ci rus hərbi bazası Ermənistan təhlükəsizlik sisteminin önəmli hissəsidir: ER Müdafiə naziri

Ermənistanda yerləşdirilmiş 102-ci rus hərbi bazası ölkə təhlükəsizliyinin önəmli hissələrindəndir. Bu haqda ER Müdafiə naziri Vigen sargsyan “Ria Novosti” xəbər agentliyinə müsahibəsində bildirib.

O xatırlatdı ki, Ermənistan ərazisində hərbi bazasının yerləşdirilməsi ilə bağlı müqavilə müddətinin uzadılma təşəbbüsü də Ermənistanındı.

“Məncə, bu hərbi-siyasi sahəsində əməkdaşlığımızın önəmli hissələrindəndir və biz düşünürük ki, cilovlanma baxımından bazanın əhəmiyyətli rolu var. Biz Ermənistanda yerləşdirilmiş 102-ci  rus hərbi bazasını ölkəmizin təhlükəsizlik sisteminin bir önəmli hissəsi kimi hesab edirik.”,-deyə Vigen Sargsyan əlavə etdi ki, hazırda hərbi baza komandasının sayısını artdırma məsələsini qoyulmayıb.

“Baza ekipajı və silah növlərinin artmasına gəlincə isə, bu strategiya məsələsidir. Lazımi olanda belə məsələlər çox tez zamanda həll edilirlər. Bunun üçün bütün güclər və vasitələri mövcutdur. Ekipaj heyətinin əlavə edilməsi konkret vəziyyətdə konkret təhlikələrə cavab olacaq”,-deyə Vigen Sargsyan bildirib.

Daha çox göstər
Back to top button