Siyasət

Riçard Kazlariç: “Bu, mənə monarxiyanı xatırladır”

ABŞ-ın Azərbaycanda və Bosniyada sabiq səfiri Riçard Kazlariç Birinci xanım Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını monarxiya yolunda atılan addım kimi təsvir edib.  Meydan TV-yə danışan sabiq səfir bu xəbəri belə şərh edib:”Bu xəbər mənə onu deyir ki, Azərbaycan demokratiya yolunda deyil.  Bu təyinat mənə monarxiyanı xatırladır. Monarxiyada şəxslər vəzifəyə kim olduqlarına görə deyil, dövlət başçısına qohumluq əlaqələrinə görə təyin olunurlar.  Kənardan baxan bir şəxs üçün bu xəbəri oxuyanda məhz belə bir təəssürat yaranır.  Mehriban xanım Əliyevanın bundan əvvəl də geniş səlahiyyətləri olun.  O, bir çox qurumun, o cümlədən Heydər Əliyev Fondunun rəhbəridir.  Bu, siyasi hakimiyyətin tək əldə cəmləşməsindən xəbər verir.”
 
Xatırladaq ki, Riçard Kazlariç keçən il Azərbaycanda Konstitusiyaya dəyişikliklərə dair ümummilli referenduma çıxarılan təklifləri sərt tənqid edənlərdən olub.  O,  ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasının Azərbaycanla bağlı dinləmələrində etdiyi çıxışında bu dəyişiklikləri qəbul etməklə ölkənin demokratiyadan daha da uzaqlaşmaq təhlükəsi barədə xəbərdarlıq edib. Fevralın 21-i Azərbaycan prezidenti İlham Əliyev həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Daha çox göstər
Back to top button