Siyasət

Vigen Sarkisyan: “”İsgəndərlər” əlbətdə Ermənistana aiddir və ER Silahlı Qüvvələri tərəfindən idarə edilir”

Keçən ildə Rusiyadan alınmış “İsgəndər” operativ-taktik raket sistemləri Ermənistan Silahlı qüvvələrinə aiddir və erməni silahlı qüvvələrinin xüsusi hazırlıq keçmiş zabitləri tərəfindən idarə edilir.

Bu haqda Rusiya “Ria Novosti” agentliyinə müsahibəsində Ermənistan Müdafiə naziri Vigen Sarkisyan deyib.

Saytın məlümatına görə, “İsgəndərlər” ilk dəfə keçən il sentyabrın 21-də Yerevandakı hərbi paradda nümayiş olunub. Amma bəzi məlümatlara görə, erməni silahlı qüvvələri bunları daha əvvəl əldə etmişdi və bunlar keçən ilin aprelində Dağlıq Qarabağda münaqişənin gərginləşdirilməsi səbəbi ilə döyüş hazırlığına gətirilib. Daha sonrə KİV-lər sistemlərin Rusiyaya aid olması haqqında məlümatlar yayıb.

“İsgəndərlərin Ermənistana veilməsi, məncə, hamı üçün aydındır, çünki hamı bunu öz gözləri ilə görüb. Bunların Ermənistan Silahlı qüvvələrinə aid olmasını da 100 faiz deyə bilərəm. Bununla əlaqədər heç şübhə ola bilməz. Silahların nə zaman, necə, hansı ödəmə müddəti ilə alınması barədə başqa suallar məxfi məlümatlar olaraq qiymətləndirilir. Bunlar biz trəfindən idarə edilir, çünki bunlar bizə aiddir. Bununla bağlı mən sirr pərdəsini aça bilirəm”,- deyə nazir bəyan edib.

Sistemlərin müvəfiq hazırlığı keçən zabitlər tərəfindən idarə edilməsi barədə suala Vigen Sarkisyan cavab verib ki, əlbəttə belədir.

Daha çox göstər
Back to top button