Beynəlxalq

Azərbaycanda FOX Türk kanalının yayımı dayandırıldı

“FOX digər TV kanalı ilə əvəzlənəcək”

Azərbaycanda FOX Türk kanalının yayımı analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılıb.

Məlumatı Aile TV kabel televiziyası yayıb. Bildirilir ki, yayım Milli Televiziya və Radio Şurasının (MTRŞ) göstərişinə əsasən dayandırılıb:

“FOX digər bir TV kanalı ilə əvəz olunacaq”.

MTRŞ-dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması barədə sərəncam imzalayıb.

FOX TV-nin ana xəbər aparıcısı Fatih Portakal da Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin edilməsinə münasibət bildirmişdi.

Daha çox göstər
Back to top button