Erməni Soyqırımı haqqında film Paramount Pictures-in kino teatrında nümayiş olunacaq

Böyük humanistlərə həsr olunmuş bu film humanitar yanaşmaları müdafiə edən hər kəs üçün hörmət əlamətidir.
Rejissor Aram Şahbazyanın “ Xilas xəritəsi” filmi Erməni Soyqırımının şahidi olan beş avropalı qadının həyatı və humanitar missiyası haqqındadır. Film Hollivudun Paramoun Pictures-in kino teatrında nümayiş olunacaq.
Erməni diasporunun səyləriylə martın 5-də filmin ilk premyerası keçiriləcək. Film real hadisələrə əsaslanır.
Filmin qəhrəmanları Alma Yohanson (İsveç), Maria Yakobsenin (Denimarka), Bodil Katarine Byorn ( Norveç), Anna Hedvig Byul (Estoniya), Karen Eppendir (Danimarka).
Filmdə fin tarixçi Svetane Lundgren Erməni Soyqırımının beş xilaskarının yollarıyla addımlayır. Öz həyatlarını təhlükəyə ataraq, bu insanlar erməni yetimlərə və qaçqınlara kömək əlini uzadaraq minlərlə həyat xilas ediblər.
Film erməni və ingilis dilləri ilə nümayiş olunacaq.