Ekonomika

Hindistan Ermənistan ərazisindən multimodal yük daşınmaları həyata keçirmək niyətindədir

ER Nəqliyyat, Rabitə və İnformasiya texnologiyaları naziri Vahan Martirosyan Ermənistan yük daşınmaları assosiasiyalarının federasiyasının sədr müavini Şankar Şindeni qəbul etdi. Bu haqda ER Nəqliyyat, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hind biznesmen nazirə öz fəaliyyətinin ümumi xarakterini və məqsədlərini təqdim edərək qeyd etdi ki, əməkdaşlıq üçün Ermənistanın logistik sektorunu araşdırırlar. O vurğulayıb ki, Hindistandan Ermənistan ərazisindən İrana və digər istiqamətlərdə yük daşşınmaları keçirmək istəyirlər və bu işlərdə Nazirlikdən dəstək almanı gözləyirlər.

Vahan Martirosyan məlumatlandırdı ki, Ermənistanın hem avtomobil nəqliyyatı, hem də dəmir yolu ilə yalnız Rusiyaya deyil, Avropaya da multimodal yük daşımalar üçün imkanı vardır. Nazir prosesə dəstək verməyə hazır olduğunu bildirib.

Daha çox göstər
Back to top button