Beynəlxalq

Sebasyan Kurts :”Avstriya Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması üçün bütün səyləri dəstəkləyəcək”

Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək.

Bu haqda Avstriyanın xarici işlər naziri, ATƏT-nın hazırkı sədri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib.

“Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək”- deyə Kurts qeyd etdi .

O, dedi ki,  Avstriya ATƏT-in sədrliyini  “ krizis dövründə” qəbul edib.” Hər yerdə  sülhə və təhlükəsizliyə ciddi  təhdidlər var”- deyə o əlavə etdi.

Xarici işlər naziri qeyd etdi ki,  ATƏT-ə sədrlik etdiyi dövrdə Avstriya mövcud münaqişələrdə gərginliyi azaltmağa, ATƏT üzv ölkələri arasında qarşılıqlı yardım və etimadı bərpa etməyə, radikalizm və qatı ekstremizmlə mübarizədə dövlətlərin səylərini dəstəkləmək, platforma yaratmaq üçün yollar axtaracaq.

Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlıq sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün yeganə çıxış yoludur.

Daha çox göstər
Back to top button