Siyasət

Vigen Sarkisyan: Bakı tərəfindən göstərilən şantaş siyasəti qəbuledilməzdir

ER Müdafiə naziri Vigen Sarkisyan fevralın 23-də ATƏT-in Avstriya başçılığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gyunter Bexleri qəbul etdi. Vigen Sarkisyan Ermənistan-Azərbaycan təmas xəttindəki narahatedici vəziyyəti təqdim edərək atəşkəs rejiminin pozulmalarını beynəlxalq istintaq mexanizmlərinin formallaşdırılması istiqamətində göstərilən səylərə əhəmiyyət verib  və vurğulayıb ki, beynəlxalq ictimaiyyət Azərbaycan tərəfindən silahlar üzərində nəzarət etmə bütün beynəlxalq öhdəliklərinin pozulmalarını qınamalıdır.

Vigen Sarkisyan ATƏT-in Yerevandakı ofisi çərçivəsində yaradılmış çətin vəziyyətə toxunaraq Ermənistanda demokratik institutların inkişafında, seçki sisteminin modernləşdirilməsində və insan hüquqlarının təkmilləşdirilməsində ofisin və təşkilatın roluna əhəmiyyət verib. Qeyd olundu ki, Ermənistanın ATƏT ilə əməkdaşlığı dəyərlər və prinsiplərə əsaslanır. Müdafiə naziri Azərbaycan tərəfindən ofis fəaliyyətinin dayandırılmasını və ATƏT təşkilatını gözdən salmasını və şantaş siyasətini qəbuledilməz hesab etdi.

ATƏT-in nümayəndəsi DQ münaqişəsinin nizamlanması və gerginliyin asanlaşması istiqamətində təşkilatın göstərdiyi səylərin aktivləşdirilməsini, təşkilatın etibarını qoruma zərurətliyini bir daha da təsdiq edərək ümid etdi ki, Yerevandakı ofis ilə bağlı yaradılmış çətin vəziyyət ATƏT və Ermənistanın maraqlarına uyğun bir şəkildə nizamlanacaq.

Daha çox göstər
Back to top button