Siyasət
“Bu, Azərbaycanın qorxutma siyasətinin bir hissəsidir”: Ştetin Azərbaycan tərəfindən özünə qarşı beynəlxalq axtarış elan edilməsi haqqında

“Mən bilirdim ki, belə bir şey mümkündür. Bu, rəsmi Bakının bir ay əvvəl Minskda rusiyalı bloqqer Aleksandr Lapşinin saxlanılması ilə başladığı siyasətin bir hissəsidir. Bu, Azərbaycanın qorxutma siyasətinin bir hissəsidir.”. Bu haqda Çex “Aktualne” qəzetinə müsahibədə Avropa Parlamentinin deputatı Yaromi Ştetin Artsaxa etdiyi səfəri üçün rəsmi Azərbaycan tərəfindən ona qarşı beynəlxalq axtarış elan etmə məsələsini şərh edərkən bildirib.
O qeyd etdi ki, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvü və Müdafiə və Təhlükəsizlik Komitəsinin vitse-prezidenti olaraq münaqişə regionları ilə öz gözləri ilə tanış olamq üçün münaqişə zonalara getmək öz işidir.